Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyi yanında yeni departament yaradılıb

    Yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb

    Bakı. 25 dekabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Bu barədə "Report"a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

    Məlumata görə, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.

    Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin I müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi