Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 5% azalıb

    Azərbaycanın vergi orqanlarında bu il qeydiyyata alınan vergi ödəyicilərinin sayı isə 4% azalıb

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 094 201,4 min manat vəsait daxil olub. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, proqnoz tapşırığına 100,5% əməl edilib.

    Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə Nazirliyin xətti ilə büdcə daxilolmaları 4,72% azalıb.

    Məlumata görə, hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınıb, bu isə 2014-cü ilin ilk 9 ayına nisbətən 4,4% azdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi