Vergilər Nazirliyi və Banklar Assosiasiyası arasında görüş keçiriləcək

Vergilər Nazirliyi və Banklar Assosiasiyası arasında görüş keçiriləcək Görüşdə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər müzakirə olunacaq
Maliyyə
29 Dekabr , 2016 13:07
Vergilər Nazirliyi və Banklar Assosiasiyası arasında görüş keçiriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Sabah Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, görüşdə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və bankların gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.

İdarə ərisi əlavə edib ki, əgər elektron ticarətə tətbiq edilən ƏDV ödənilməzsə, cərimə banka deyil, ödəyiciyə tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi