Yuxarı

Vergilər Nazirliyi tenderlər keçirir

Vergilər Nazirliyi tenderlər keçirir

İddiaçıların 1 aya yaxın vaxtı var

Bakı. 19 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi təsərrüfat mallarının (Lot-1), poliqrafiya məhsullarının (Lot-2) və dəftərxana mallarının (Lot-3) alınması məqsədi ilə açıq tenderlər elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, hər 3 tenderdə iştirak haqqı 400 manatdır. İddiaçıalar ilkin sənədləri fevralın 8-nə qədər, tender təklifi və onun təminatını isə fevralın 16-na qədər nazirliyə (Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Gülbahar Qasımovadır.

Təkliflərə fevralın 17-də adı çəkilən ünvanda baxılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi