Yuxarı
    Bağlamaq

    Vergilər Nazirliyi: Son 14 ildə regionlar üzrə vergi daxilolmaları 16 dəfə artıb

    bu barədə qurumun Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov bildirib© Report

    Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın regionlarından 2003-2016-ci illərdə vergi daxilolmaları 16 dəfə artıb.

    “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov bildirib.

    “Xüsusi olaraq vurğulamaq lazımdır ki, regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və 1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 milyon manat təşkil edib. Halbuki regionların inkişafı üzrə dövlət proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 milyon manat olub”, - deyə o, qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi