Yuxarı

Vergilər Nazirliyi: Qeyri-neft sektorundan əlavə 64 mln. manat daxil olub

Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektorundan nəzərdə tutulandan 64 mln. manata yaxın artıq vəsait daxil olub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyevin sözlərinə görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 365 mln. manat çoxdur: "Ümumilikdə, qeyri-neft sektoru üzrə 3 870 mlrd. manat vəsait daxil olub. Bu ilin 9 ayı ərzində ümumilikdə 4 926 mln. manat daxilolma olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi