Vergilər Nazirliyi: Nağdsız hesablaşmaların artması maliyyə sektorunu canlandıracaq

Vergilər Nazirliyi: Nağdsız hesablaşmaların artması maliyyə sektorunu canlandıracaq "Nağd hesablaşmaların çox olması terrorçuluğun maliyyələşdirilməsi, korrupsiya və rüşvətxorluq kimi hallara qarşı mübarizəni çətinləşdirir"
Maliyyə
17 May , 2017 15:14
Vergilər Nazirliyi: Nağdsız hesablaşmaların artması maliyyə sektorunu canlandıracaq

Bakı. 17 may. REPORT.AZ/ Hazırda dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində maliyyə axınları şəffaf həyata keçirilir və nağdsız ödənişlərin xüsusi çəkisi 60-80% təşkil edir. Bəzi Skandinaviya ölkələri isə hətta bir neçə il əvvəl tezliklə nağd puldan ümumiyyətlə imtina etmək niyyətində olduqlarını bəyan ediblər.

“Report” xəbər verir ki, bu açıqlama ilə Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov çıxış edib.

“Sirr deyil ki, nağd hesablaşmaların xüsusi çəkisinin çox olması terrorçuluğun maliyyələşdirilməsi, korrupsiya və rüşvətin geniş vüsət alması kimi neqativ hallara qarşı mübarizəni çətinləşdirir. Nağdsız ödənişlərin həcminin artırılması, ilk növbədə, pul dövriyyəsinin tənzimlənməsinə müsbət təsir göstərməklə yanaşı, maliyyə sektorunda kifayət qədər canlanma yaradacaq, vergidən yayınma hallarının azalmasına gətirəcək və təbii ki, həm də vergi daxilolmalarının artmasına birbaşa təsir edəcək”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi