Yuxarı
    Bağlamaq

    Vergilər Nazirliyi: Müştərinin kartındakı pul mal və verginin tam ödənilməsinə kifayət etməlidir

    E-ticarət qaydasında Azərbaycandan kənarda hotel və aviabiletin sifarişi üzrə qeyri-rezidentin göstərdiyi xidmətlərdən ƏDV hesablanmayacaq

    Bakı. 24 yanvar. REPORT.AZ/ “Elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə qeyri-rezidentin göstərdiyi xidmətlərdən ƏDV hesablanmır”. Bunu “Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildiriblər. 

    “Report”un “Əgər vətəndaşın hesabında pulun məbləği 100 ABŞ dolları olduğu və almaq istədiyi mal və xidmətin məbləği həmin həcmdə olduğu halda, ƏDV necə tutulacaq?” sualına cavabında bildirlib ki, vətəndaşın kartında kifayət qədər vəsait olmalıdır: “Elektron ticarət qaydasında malların alışı istisna olmaqla, şəxsin hesabında elektron ticarət qaydasında alınan iş və xidmətlərin dəyəri və həmin dəyərə mütənasib hesablanmış vergi məbləğlərinin ödənilməsinə kifayət edəcək qədər vəsait mövcud olmalıdır”. 

    Qurumun açıqlamasında deyilir ki, müştəri alınan malların siyahısını yaxud çeşidini alış-veriş etdiyi onlayn platformadan əldə edilə bilər: “Elektron ticarət qaydasında alınan iş (xidmət) və mallar banklar tərəfindən aparılan əməliyyatlar üzrə texniki məlumatlara əsasən müəyyənləşdiriləcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi