Vergilər Nazirliyi: İndiyə qədər 27 mindən çox yerli investisiyalı MMC elektron qeydiyyatdan keçib

Vergilər Nazirliyi: İndiyə qədər 27 mindən çox yerli investisiyalı MMC elektron qeydiyyatdan keçib Bakı. 26 sentyabr. REPORT.AZ/ Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının tətbiq olunduğu 2012-ci ilin fevralı ayından indiyə qədər 27 mindən çox hüquqi şəxsin və yaxud ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3%-inin qeydiyyatı bu üsulla aparılıb.
Maliyyə
26 Sentyabr , 2018 13:03
Vergilər Nazirliyi: İndiyə qədər 27 mindən çox yerli investisiyalı MMC elektron qeydiyyatdan keçib
Vergilər Nazirliyi / Report
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının tətbiq olunduğu 2012-ci ilin fevralı ayından indiyə qədər 27 mindən çox hüquqi şəxsin və yaxud ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3%-inin qeydiyyatı bu üsulla aparılıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

“Vergilər Nazirliyi tərəfindən elektronlaşdırılması mümkün olan 69 xidmət növü müəyyənləşdirilərək “Elektron xidmətlərin siyahısı”na daxil edilib. Bu xidmətlərdən 26-sı məhz Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən göstərilən xidmətlərdir. 2017-ci ilin yekunlarına görə isə hüquqi şəxslərin 69,4%-i elektron qeydiyyatdan keçib", - o qeyd edib. 

Ə.Məmmədovun sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı MMC-lərin də elektron qeydiyyat sistemi tətbiq olunacaq.

“Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur. Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub", - o bildirib. 

Son xəbərlər

Orphus sistemi