Vergilər Nazirliyi daha 5 hüquqi şəxsin icra orqanının rəhbərinə ölkədən çıxmağı qadağan edib

Vergilər Nazirliyi daha 5 hüquqi şəxsin icra orqanının rəhbərinə ölkədən çıxmağı qadağan edib Azərbaycandan çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı dəyişməyib
Maliyyə
24 Sentyabr , 2016 09:56
Vergilər Nazirliyi daha 5 hüquqi şəxsin icra orqanının rəhbərinə ölkədən çıxmağı qadağan edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 5 nəfər artırılaraq 491-ə çatdırılıb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı dəyişməyib və hazırda 328 fiziki şəxsin ölkədən çıxışına qadağa var.  

Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 814-dən 819-a çatıb.

Son xəbərlər

Orphus sistemi