Vergilər Nazirliyi: ​Bu il valyutadəyişmə ilə bağlı 168 qanun pozuntusu aşkarlanıb

Vergilər Nazirliyi: ​Bu il valyutadəyişmə ilə bağlı 168 qanun pozuntusu aşkarlanıb Bu sahədə təkcə hotellər deyil, ictimai iaşə müəssisələri də yoxlanılır
Maliyyə
6 Aprel , 2016 12:11
Vergilər Nazirliyi: ​Bu il valyutadəyişmə ilə bağlı 168 qanun pozuntusu aşkarlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin ilk rübündə Azərbaycanda valyutadəyişmə əməliyyatları ilə bağlı 168 qanun pozuntusu aşkarlanıb. Bunu "Report"un sualını cavablandıran Bakı Vergilər Departamentinin rəhbəri Habil Məmmədov deyib.

H.Məmmədov bu sahədə təkcə hotellər deyil, ictimai iaşə müəssisələrinin də yoxlanıldığını deyib: "Bütün ictimai iaşə müəssisələrini yoxlayırıq və qanun pozuntularını aşkarlayaraq aktlaşdırırq. Belə hallar adətən bayram günlərində olur. Çünki bayram vaxtı bank şöbələri işləmədiyindən turistlər belə çaşqınlıqla üzləşirlər".

Son xəbərlər

Orphus sistemi