Vergilər Nazirliyi: "Bank Standard"ın vergi borcu yoxdur

Vergilər Nazirliyi: "Bank Standard"ın vergi borcu yoxdur Bankın AMB qarşısında öhdəlikləri isə açıqlanmır
Maliyyə
14 Oktyabr , 2016 10:24
Vergilər Nazirliyi: Bank Standardın vergi borcu yoxdur

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin vergi borcu yoxdur. Bunu "Report"un sorğusuna cavab olaraq Vergilər Nazirliyindən deyiblər.

Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərinə gəlincə isə adı çəkilən qurum bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nəzarəti altında bankın məcburi ləğvetmə prosesi gedir. 

Son xəbərlər

Orphus sistemi