Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyi 8 əməkdaşına töhmət verib

    Nazirliyin yerli vergi orqanlarında 442, aparatın struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib

    Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin II rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) Daxili təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaş tərəfindən xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək, 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. "Report"un Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.

    Ümumilikdə, monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin II rübündə Nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, Nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib.

    Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Baş İdarəsində ötən rüb daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının aparılmış monitorinqi Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar olaraq gerçəkləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi