Yuxarı

​Vergilər nazirinin müşavirlərinin sayı artıb

Vergilər nazirinin müşavirlərinin sayı 8-ə çatıb

Bakı. 1 mart. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə daha bir müşavir təyin edib. "Report"un məlumatına görə, bununla vergilər nazirinin müşavirlərinin ümumi sayı 8-ə çatıb.

Vergilər nazirinin əmri ilə III dərəcəli dövlət vergi xidməti müşaviri Elçin Fərrux oğlu Məmmədov Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müşavir təyin olunub.

Nazirin digər əmri ilə III dərəcəli dövlət vergi xidməti müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinə rəis təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi