Yuxarı

​Vergilər nazirinə iki yeni müşavir təyin edilib

Qeyd edək ki, İlqar Əhmədov həm də Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisidir

Bakı. 1 fevral. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə iki yeni müşavir təyin edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

Məlumata görə, yeni təyin edilən müşavirlər 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlqar İsmayıl oğlu Əhmədov və Baş vergi xidməti müşaviri İlham Əli oğlu Əmirəliyevdir.

Qeyd edək ki, İlqar Əhmədov həm də Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi