Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan vergilər naziri Fazil Məmmədov dekabrın 19-da Xırdalan şəhərində Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Abşeron rayon Mədəniyyət Mərkəzində keçiriləcək qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti, Sumqayıt şəhəri vergi ödəyicilərinə Xidmət Mərkəzi, Siyəzən rayonu vergi ödəyicilərinə Xidmət Mərkəzi və Xırdalan şəhəri vergi ödəyicilərinə Xidmət Mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.