Vergilər naziri: "Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir"

Vergilər naziri: "Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir" Bakı. 13 fevral. REPORT.AZ/ Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək.
Maliyyə
13 Fevral , 2018 12:08
Vergilər naziri: Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir
Report/ Firi Salim

Bakı. 13 fevral. REPORT.AZ/ "Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək".

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: "İkili mühasibatlığın aparılması, gölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər". 

Nazir həmçinin deyib ki, rəhbərlik etdiyi qurum sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir. 

Son xəbərlər

Orphus sistemi