Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək Bakı. 25 may. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov mayın 30-da, saat 11:00-də Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Bakı-Qazax şossesinin 118-ci km-i) Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.
Maliyyə
25 May , 2018 14:37
Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək
Vergilər naziri Mikayıl Cabbarov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov mayın 30-da, saat 11:00-də Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Bakı-Qazax şossesinin 118-ci km-i) Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlarmayın 29-na qədər adı çəkilən idarəyə, Ağsu və Qobustan rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi