Vergilər naziri özünə iki yeni müşavir təyin edib

Vergilər naziri özünə iki yeni müşavir təyin edib Nazirin yeni müşavirləri Firuz Həsənov və Əflatun Məmmədov olub
Maliyyə
7 Oktyabr , 2016 10:14
Vergilər naziri özünə iki yeni müşavir təyin edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan vergilər naziri Fazil Məmmədov özünə iki yeni müşavir təyin edib. “Report”un əldə etdiyi məlumata görə, bununla da nazirin müşavirlərinin sayı 8-dən 10-a yüksəlib.

F.Məmmədovun yeni müşavirləri Firuz Akif oğlu Həsənov və Əflatun Məsim oğlu Məmmədovdur.

Ə.Məmmədov bundan öncə Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi, F.Həsənov isə Vergi auditi Departamenti Operativ nəzarət İdarəsinin rəisinin I müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi