Yuxarı
    Bağlamaq

    ​Vergilər naziri Oğuzda vətəndaşları qəbul edəcək

    Qəbul Heydər Əliyev prospekti 1, ünvanında yerləşən Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında baş tutacaq

    Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 25-də vergilər naziri Fazil Məmmədov Oğuz rayonunda Oğuz, Şəki və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. "Report" xəbər verir ki, qəbul Heydər Əliyev prospekti,1 ünvanında yerləşən Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında baş tutacaq.

    Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

    Adları yuxarıda qeyd edilən rayonlardan olan və qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 10 saylı Ərazi Vergilər İdarəsi və Şəki rayonu vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi