Vergilər naziri Nəcməddin Sadıkovun oğlunu vəzifədən azad edib

Vergilər naziri Nəcməddin Sadıkovun oğlunu vəzifədən azad edib Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib
Maliyyə
6 Sentyabr , 2016 10:16
Vergilər naziri Nəcməddin Sadıkovun oğlunu vəzifədən azad edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. “Report” xəbər verir ki, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıqovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə "Report"a açıqlamada "Məhəmməd Sadıqov artıq Nazirliyin əməkdaşı deyil" deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıqov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur.

Son xəbərlər

Orphus sistemi