Bakı. 14 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-də vergilər naziri Fazil Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edəcək. “Report” Vergilər Nazirliyinin məlumatına əsasən bildirir ki, nazir vergi ödəyicilərinə xidmət mərkəzində Naftalan şəhəri, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar