Vergilər naziri Moldovanın vergi administrasiyasının rəhbəri ilə görüşüb

Vergilər naziri Moldovanın vergi administrasiyasının rəhbəri ilə görüşüb Görüşdə vergilər sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib
Maliyyə
24 Noyabr , 2015 21:00
Vergilər naziri Moldovanın vergi administrasiyasının rəhbəri ilə görüşüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycanda səfərdə olan Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Vergi Müfəttişliyinin rəhbəri İon Prisekaru ilə görüşüb. Bu barədə "Report"a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib. 

Moldova vergi xidmətinin rəhbərini salamlayan F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğu barədə məlumat verərək, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətinin dayandığını bildirib. Vergilər naziri Azərbaycan və Moldova Respublikaları arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edərək, ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonağa ətraflı məlumat verib.

İon Prisekaru səmimi qəbula görə təşəkkürünü bildirib, onun ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla Moldovanın vergi xidmətləri arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini qeyd edib. Moldova Baş Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində nəzərdə tutulmuş işgüzar proqramın çox zəngin və maraqlı olduğunu bildirən qonaq ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün müvafiq dövlət qurumlarının nümayəndələri arasında bu cür səfərlərin gələcəkdə də təşkil olunmasının vacibliyini bildirib.

Görüşdə vergilər sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi