Vergilər naziri Lənkəran rayonunda vətəndaşları qəbul edəcək

Vergilər naziri Lənkəran rayonunda vətəndaşları qəbul edəcək ​Vergilər naziri Lənkəran rayonunda vətəndaşları qəbul edəcək
Maliyyə
28 Mart , 2019 16:06
Vergilər naziri Lənkəran rayonunda vətəndaşları qəbul edəcək
Mikayıl Cabbarov / Report
0 : 00
0 : 00

Vergilər naziri Mikayıl Cabbarov martın 30-da Lənkəran rayonunda 6 saylı Ərazi Vergilər Departametinin inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küç. 97a) Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar 28-29 mart 2019-cu il tarixlərində Lənkəran rayonunda 6 saylı Ərazi Vergilər Departamentinə, Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi