Vergilər naziri İtaliya səfiri ilə görüşüb

Vergilər naziri İtaliya səfiri ilə görüşüb Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb. 
Maliyyə
15 Yanvar , 2018 16:08
Vergilər naziri İtaliya səfiri ilə görüşüb
Mikayıl Cabbarov / Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, hər iki ölkənin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi