Vergilər naziri Hindistanın səfiri ilə görüşüb

Vergilər naziri Hindistanın səfiri ilə görüşüb Vergilər naziri Mikayıl Cabbarov Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.
Maliyyə
18 Aprel , 2019 11:30
Vergilər naziri Hindistanın səfiri ilə görüşüb
0 : 00
0 : 00

Vergilər naziri Mikayıl Cabbarov Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyin rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi və Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi