Vergilər naziri: “Haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqında ölçülər götürüləcək”

Vergilər naziri: “Haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqında ölçülər götürüləcək” Bakı. 13 fevral. REPORT.AZ/ “Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir”. 
Maliyyə
13 Fevral , 2018 14:11
Vergilər naziri: “Haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqında ölçülər götürüləcək”
Vergilər naziri Mikayıl Cabbarov / Report

Bakı. 13 fevral. REPORT.AZ/ “Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir”. 

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır: “Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir”.

Nazir əlavə edib ki, haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürüləcək: “Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".

Son xəbərlər

Orphus sistemi