Vergilər naziri ədliyyə müşavirini vəzifədən azad edib

Vergilər naziri ədliyyə müşavirini vəzifədən azad edib Qeyd edək ki, nazir Vüqar İsmayılovu bu vəzifəyə yanvarın 7-də təyin etmişdir
Maliyyə
16 Yanvar , 2017 12:06
Vergilər naziri ədliyyə müşavirini vəzifədən azad edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi olub. “Report” xəbər verir ki, nazir Fazil Məmmədov departament direktorlarından birini vəzifədən azad edib.

Məlumatda deyilir ki, Nazirliyin Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru, ədliyyə müşaviri Vüqar İsmət oğlu İsmayılov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə vergi xidməti müşaviri Zeynalabdin Yunsur oğlu Məmmədzadə təyin edilib.

Qeyd edək ki, nazir V.İsmayılovu bu vəzifəyə yanvarın 7-də təyin etmişdir.

Son xəbərlər

Orphus sistemi