Vergilər naziri Almaniya səfiri ilə görüşüb

Vergilər naziri Almaniya səfiri ilə görüşüb Bakı. 1 mart. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.
Maliyyə
1 Mart , 2018 18:10
Vergilər naziri Almaniya səfiri ilə görüşüb

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin iqtisadi partnyor kimi qarşılıqlı maraq doğurduğu qeyd edilib, Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması sahəsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropadaxili Vergi Administrasiyaları təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər iki ölkənin vergi orqanları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi