Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edəcək

Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edəcək Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 24-də vergilər naziri Fazil Məmmədov Ağdaş rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək. 
Maliyyə
20 Noyabr , 2017 12:37
Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 24-də vergilər naziri Fazil Məmmədov Ağdaş rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək. 

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi, 3A ünvanında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzində baş tutacaq.

qəbulda Ağdaş, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Nazir vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.

Vətəndaşlar 9 və 10 saylı Ərazi Vergilər İdarələri, Ağdaş və İsmayıllı Vergi Ödəyicilərinə Xidmət Mərkəzləri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi