Yuxarı

​Vergilər naziri Ağdamda vətəndaşları qəbul edib

Quzanlı qəsəbəsində keçirilən görüşdə Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşlar iştirak edib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Ağdamda vətəndaşları qəbul edib. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, F.Məmmədov tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirilən qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qurumun yaydığı məlumatda qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunduğu, müraciətlərin bir qismi nəzarətə götürüldüyü, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verildiyi deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi