Yuxarı
    Bağlamaq

    ​Vergilər naziri 7 müşavirini işdən azad edib

    Onlar Vergilər Nazirliyinin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar

    Bakı. 5 fevral. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb. "Report" xəbər verir ki, müşavirlərin sayı 13-dən 7-yə endirilib.

    Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq Nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar. Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

    Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi