Yuxarı

Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərin sayı artıb

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 58-ə çatıb

Bakı. 5 sentyabr. REPORT.AZ / Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 58-ə çatıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazirlik tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 54 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestrin”də elektron variantda dərc edilib.

Vergilər Nazirliyi tərəfindən daha 4 yeni xidmətin - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması” və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi” elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi