Vergi orqanlarına daxil olmuş şikayətlərin sayı azalıb

Vergi orqanlarına daxil olmuş şikayətlərin sayı azalıb Fevralda vergi orqanlarına 214 ədəd şikayət daxil olub
Maliyyə
10 Mart , 2016 20:26
Vergi orqanlarına daxil olmuş şikayətlərin sayı azalıb

Bakı. 10 mart. REPORT.AZ/ 2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına 10 176 müraciət daxil olub. "Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, müraciətlərdən 97,6%-i ərizə, 2,1%-i şikayət, 0,3%-i təklifdir.

Müraciətlərin 55%-i müxtəlif arayışların alınması, 15,1%-i kameral vergi yoxlamaları, 7,3%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,9%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7% azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3% az olub.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 394 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi