Vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat borcu var

Vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat borcu var Nazir müavini Sahib Ələkbərov: "Vergi ödəyicilərinin könüllülüyü 70%-ə çatıb"
Maliyyə
10 Fevral , 2016 13:03
Vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat borcu var

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda hazırda vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat həcmində borcu var. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. 

S.Ələkbərovun sözlərinə görə, bu məbləğ bir neçə ildir bu səviyyədə dəyişir: "Vergi ödəyicilərinin könüllülüyü hər il artır. Hazırda vergi ödəyicilərinin könüllüyü 70% təşkil edir. Vergi borclarına gəldikdə isə bu, bütün sahələrdə var".

Son xəbərlər

Orphus sistemi