“Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar, demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir”.
“Report” xəbər verir ki, bunu Prezident
“Bu gün mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları plandan əlavə 934 milyon manat vəsaiti büdcəyə daxil ediblər. Bunu da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm də gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirilib, yeni rəhbərlər təyin edilib və beləliklə nəticə göz qabağındadır. Ona görə də struktur islahatları ilə bərabər kadr islahatları da aparılır. Cəmiyyət struktur islahatlarını yüksək qiymətləndirir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiq edilib.