​Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7% artıb

​Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7% artıb Mədən və yol vergisi, dövlət rüsumu üzrə daxilolmalar isə azalıb
Maliyyə
10 Yanvar , 2015 11:28
​Ötən il dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7% artıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyinin xətti ilə 2014-cü ildə Azərbaycan dövlət büdcəsinə vergi daxilolmalarının həcmi illik 6,75% artaraq 7,114 mlrd. manata çatıb.

“Report”un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, vergi daxilolmalarının 2,049 mlrd. manatını ƏDV, 2,303 mlrd. manatını mənfəət vergisi, 980,2 mln. manatını fiziki şəxslərin gəlir vergisi, 740,3 mln. manatını aksizlər, 153,4 mln. manatını sadələşdirilmiş vergi, 141,3 mln. manatını əmlak vergisi, 116,2 mln. manatını mədən vergisi, 111,1 mln. manatını dövlət rüsumu, 35,4 mln. manatını torpaq vergisi, 22,3 mln. manatını yol vergisi, 461,9 mln. manatını və s. daxilolmalar təşkil edib.

2014-cü ildə əvvəlki illə müqayisədə ƏDV üzrə daxilolmalarda 18,4%, fiziki şəxslərin gəlir vergisi üzrə 14,03%, aksizlər üzrə 44,60%, sadələşdirilmiş vergi üzrə 28,34%, əmlak vergisi üzrə 12,89%, torpaq vergisi üzrə daxilolmalarda 6,90% artım müşahidə olunub. Əksinə, mədən vergisi, dövlət rüsumu və yol vergisi üzrə daxilolmalarda müvafiq olaraq 4,38%, 9,86% və 8,49% azalma qeydə alınıb.

Qeyd edək ki, 2014-cü ildə vergi və sair daxilolmalar üzrə dövlət büdcəsinə daxilolmaların artım dinamikası əvvəlki ilin illik artım dinamikası ilə müqayisədə 3,84 faiz bəndi azalıb. 

Son xəbərlər

Orphus sistemi