Yuxarı

Vergi Apellyasiya Şurası yarımillik hesabat yayıb

Məlumata görə, 1 müraciət 2014-cü ildən qalıb, 13 müraciət isə bu ilin ilk yarısında daxil olub

Bakı. 31 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında Vergilər Nazirliyi Vergi Apellyasiya Şurasının icraatında 14 müraciət olub. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1 müraciət 2014-cü ildən qalıq qalıb, 13 müraciət isə 2015-ci ilin ilk 6 ayı ərzində daxil olub. Şuranın icraatında olmuş müraciətlərdən 8-i kameral, 3-ü səyyar vergi yoxlaması, 3-ü isə operativ vergi nəzarətinin nəticələri ilə bağlı olub.

Şuranın icraatında olmuş 14 müraciətdən 11-nə 2015-ci ilin birinci yarımilliyi ərzində Vergi Məcəlləsi, “İnzibati icraat haqqında” qanunun, “Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib, 3 müraciət isə 1 iyul 2015-ci il tarixinə qalıq qalıb. Həmin 3 müraciətdən 1-i üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması ilə bağlı olaraq Xarici İşlər Nazirliyi vasitəsilə Böyük Britaniyanın vergi orqanına sorğu göndərilib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 11 müraciətin 4-ü tam və ya qismən təmin edilmiş, 4-ü təmin edilməyib, 1-nin icraatına xitam verilib, 2-si isə baxılmadan saxlanılıb. Şura tərəfindən baxılmış 11 müraciətdən 10-u vergi ödəyicisinin təkrar şikayəti üzrə, 1-i isə vergi orqanının müraciəti üzrə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi