Venesuelanın milli valyutası bir günə 26%-dən çox ucuzlaşıb

Venesuelanın milli valyutası bir günə 26%-dən çox ucuzlaşıb Venesuelanın milli valyutası – bolivar bir gün ABŞ dolları qarşısında 26,4% ucuzlaşıb.
Maliyyə
24 Aprel , 2019 11:40
Venesuelanın milli valyutası bir günə 26%-dən çox ucuzlaşıb

Venesuelanın milli valyutası – bolivar bir gün ABŞ dolları qarşısında 26,4% ucuzlaşıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, aprelin 22-də bu ölkədə 1 dollar 4 113 bolivara bərabər olub. Aprelin 23-də isə bu rəqəm 5 200 bolivara yüksəlib.

Qeyd edək ki, 2003-cü ildən Venesuelada valyuta əməliyyatları dövlətin sərt nəzarəti altındadır. Bununla belə, “qara bazar”ı ləğv etmək mümkün olmayıb. Bu bazarda dolların qiyməti rəsmi məzənnədən on dəfələrlə çoxdur. 

Son xəbərlər

Orphus sistemi