Venesuelada inflyasiya ilin əvvəlindən 81000 faizi ötüb

Venesuelada inflyasiya ilin əvvəlindən 81000 faizi ötüb Bakı. 9 oktyabr. REPORT.AZ/ Venesuelada ilin əvvəlindən sentyabrın sonuna qədər olan inflyasiya göstəricisi 81000% təşkil edib, ilin sonuna qədər bu, 1000000% olacaq.
Maliyyə
9 Oktyabr , 2018 02:56
Venesuelada inflyasiya ilin əvvəlindən 81000 faizi ötüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Venesuelada ilin əvvəlindən sentyabrın sonuna qədər olan inflyasiya göstəricisi 81000% təşkil edib, ilin sonuna qədər bu, 1000000% olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatları bazar ertəsi Milli Assambleyanın (Birpalatalı parlament) Maliyyə Komitəsinin rəhbəri, deputat Rafael Qusman açıqlayıb.

"Biz Maliyyə Komitəsindən sentyabr inflyasiyası üzrə məlumatları elan edirik: ay ərzində 233,3%, ilin əvvəlindən 81043%, ilin sonunadək proqnoz isə 1030281% təşkil edir. Heç şübhəsiz, hökumətin [iqtisadi] tədbirləri iflasa uğradı və böhranı dərinləşdirdi", - deyə Qusman "Twitter"də yazıb.

Parlamentari əlavə edib ki, artıq təqribən bir ildir ki, Venesuelada hiperinflyasiya qalmaqdadır və qiymətlərin artım indeksi hər ay tarixi rekordunu yeniləyir ki, bu da bütün ölkə üzrə öz əksini tapır.

Son xəbərlər

Orphus sistemi