Yuxarı
    Bağlamaq

    Venesuelada dolların məzənnəsi 178 min bolivara yüksəlib

    Son bir ildə dollar 57 dəfə bahalaşıb

    Bakı. 15 yanvar. REPORT.AZ/ Venesuelada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi ötən gün 178 000 bolivara yüksəlib.

    "Report" xəbər verir ki, noyabrın 22-dən bu ölkədə Amerika valyutası 2 dəfədən çox bahalaşıb.

    2017-ci ilin əvvəli ilə müqayisədə isə qiymət artımı 57 dəfədir. Buna səbəb ötən ay Venesuelada neft hasilatının həcminin son 30 ilin minimal səviyyəsi - 1,7 mln. barel/günə enməsi amili göstərilir. Son bir il ərzində isə neft hasilatı 500 min barel/günə yaxın azalma göstərib. 

    "Citigroup"un Əmtəə Bazarlarının Araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) bildirib ki, 2018-ci ilin sonunadək Venesuelada neft hasilatı 700 min barel/gün azalaraq 1 mln. barel/gün səviyyəsindən aşağı düşə bilər.

    Qeyd edək ki, Venesuela Mərkəzi Bankında dolların rəsmi məzənnəsi 9,98 bolivar təşkil edir. Yəni, nağd valyuta bazarında məzənnə rəsmi göstəricidən 18 163 dəfə yüksəkdir.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən il avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi