Venesuela yenidən defolt ola bilər

Venesuela yenidən defolt ola bilər Bu ölkənin "qara bazar"ında ABŞ dollarının məzənnəsi 40 000 bolivarı ötüb
Maliyyə
24 Oktyabr , 2017 11:37
Venesuela yenidən defolt ola bilər

Bakı. 24 oktyabr. REPORT.AZ/ 2014-cü ildə dünya bazarında neftin ucuzlaşmasından sonra həmişə defolt olmaq riski yaşayan Venesuela bu həftə iri borc ödənişləri həyata keçirməli olduğundan sözügüdən təhlükəyə daha da yaxınlaşıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin dövlət neft şirkəti "PVDSA" oktyabrın 27-də 985 mln. ABŞ dolları, noyabrın 2-də isə 1,2 mlrd. dollar borc qaytarmalıdır. 

Bu isə qızıl-valyuta ehtiyatları son 15 ildə ilk dəfə 10 mlrd. dollardan aşağı düşən Venesuela üçün böyük məbləğdir.

Hazırda Venesuelanın xarici kreditorlara borcu 140 mlrd. dollara yaxındır. Ölkənin qızıl-valyuta ehtiyatları isə ancaq təcili borcları ödəməyə çatır. Aparılan sorğular "PVDSA"nın defolt olma ehtimalını yaxın 1 il üçün 75%, yaxın 5 il üçün isə 99% göstərir.

Qeyd edək ki, Venesualenin Mərkəzi Bankı dolların məzənnəsini 10 bolivara bərabər müəyyən etsə də, "qara bazar"da qiymət 40 min bolivardan çoxdur. 

İngilis versiyası Venezuela may default again

Son xəbərlər

Orphus sistemi