Yuxarı
    Bağlamaq

    Venesuela yeni valyuta mübadiləsi sisteminə keçir

    Venesuelada rəsmi məzənnə ilə qara bazar arasında 30 dəfə fərq yaranıb

    Bakı. 28 mart. REPORT.AZ/ Venesuela gələn həftədən etibarən valyuta mübadiləsi sistemini dəyişməyə hazırlaşır. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Venesuela prezidenti Nikolas Maduro çıxış edib. Prezident yeni mübadilə sisteminin tətbiqi ilə milli valyuta - bolivarın sərbəst dönərli olacağını bildirib.

    Qeyd edək ki, hazırda Venesuelada bolivarın 3 müxtəlif məzənnəsi mövcuddur. Rəsmi sabit məzənnə DİPRO-da 10 bolivar/dollar, əlavə valyuta mübadiləsi sistemi - DİCOM-da 706 bolivar/dollar, "qara bazar"da isə 3 000 bolivar/dollardan artıqdır.

    Maduronun "Expo Venezuela Potencia" sərgisində açıqlamasına görə, həftədə 2 dəfə valyuta hərracı keçiriləcək: "Bununla yanaşı, mən özəl biznesdən xahiş edirəm ki, kapitallarını Venesuelaya yatırsınlar və bolivar daha sərbəst dönərli valyutaya çevrilsin".

    Prezidentin sözlərinə əsasən, valyuta hərracları bütün müəssisə və əhalinin iştirakı üçün açıq olacaq. Bununla da bolivarın məzənnəsi sabitləşəcək və ən əsası, Mayamidə yaranan kriminal "Dolar Today" dollar sisteminə qalib gəlmək mümkün olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi