Venesuela "petro" kriptovalyutasının ilkin qiymətini açıqlayıb

Venesuela "petro" kriptovalyutasının ilkin qiymətini açıqlayıb Bakı. 1 fevral. REPORT.AZ/ Venesuelanın milli kriptovalyutası petronun start qiyməti 60 ABŞ dolları müəyyən edilib. Bu, 1 barel Venesuela neftinin qiyməti qədərdir. 
Maliyyə
1 Fevral , 2018 11:28
Venesuela petro kriptovalyutasının ilkin qiymətini açıqlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Venesuelanın milli kriptovalyutası "petro"nun start qiyməti 60 ABŞ dolları müəyyən edilib. Bu, 1 barel Venesuela neftinin qiyməti qədərdir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin mərhələdə hərraca 38,4 mln. ədəd "petro" çıxarılacaq. 

Ümumilikdə isə, hökumət 100 mln. ədəd "petro" emissiya etməyi planlaşdırıb. Satışların 20 fevral-19 mart tarixləri arasında keçiriləcək.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro dekabr ayında kriptovalyuta emissiya edəcəklərini və bu üsulla ölkənin maliyyə blokadasından çıxacağını bəyan edib. Prezident kriptovalyutanın təminatı kimi 5 mlrd. barel neft ehtiyatı ayırıb.

Qeyd edək ki, ötən gün Venesuelanın nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi 250 min bolivar təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 18,5% çoxdur. 

Son xəbərlər

Orphus sistemi