Yuxarı

Venesuela milli kriptovalyutasının emissiyasına başlayıb

Venesuela milli kriptovalyutasının emissiyasına başlayıb

69

Bakı. 8 yanvar. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ilk milli kriptovalyuta - petronun emissiyasına başlandığını elan edib. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə VTV kanalı məlumat yayıb.

"Venesuelanın zənginlikləri ilə təmin edilmiş 100 mln. petronun emissiyasına əmr vermişəm. Hər bir petro bir barel Venesuela nefti dəyərində olacaq. Petronun yaranması barədə akt isə yanvar ayının 14-də təqdim ediləcək", - prezident açıqlama verib.

Ümumiyyətlə, "petro" sözü ispan dilində "petroleo" sözündən yaranıb, tərcümədə "neft" deməkdir. Venesuela prezidenti ilk dəfə milli kriptovalyutanın yaradılması barədə açıqlamanı ötən ilin dekabr ayında verib. N.Maduronun sözlərinə görə, petro ölkənin maliyyə blokadasından yayınmağa kömək edəcək.

Qeyd edək ki, Venesuela prezidenti milli kriptovalyutanın təmin edilməsi üçün 5 mlrd. barel neft ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi