Venesuela dollardan imtina edib

Venesuela dollardan imtina edib Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.
Maliyyə
17 Oktyabr , 2018 12:00
Venesuela dollardan imtina edib
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Vitse-prizedent indi avrodan istifadə ediləcəyini söyləyib.

Xatırladaq ki, rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib.

İngilis versiyası Venezuela refuses dollar

Son xəbərlər

Orphus sistemi