Vaşinqtonda Qlobal Parlament Konfransı keçiriləcək

Vaşinqtonda Qlobal Parlament Konfransı keçiriləcək Konfransda sosial rifah, yoxsulluğun aradan qaldırılması, şəffaflıq və idarəetmə, gender bərabərliyi mövzularında müzakirələr aparılacaq
Maliyyə
22 Yanvar , 2015 17:45
Vaşinqtonda Qlobal Parlament Konfransı keçiriləcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Aprelin 12-13-də Vaşinqtonda (ABŞ) Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə "Tarixi qoru - 2015" Qlobal Parlament Konfransı keçiriləcək. 

DB-dan "Report"a verilən məlumata görə, konfransda 100-dən artıq ölkədən 150 parlamentar, yüksək vəzifəli şəxslər, beynəlxalq maliyyə institutlarının nümayəndələri, Nobel mükafatı laureatları və çoxsaylı ekspert qrupları iştirak edəcək.

Konfransda sosial rifah, yoxsulluğun aradan qaldırılması, şəffaflıq və idarəetmə, gender bərabərliyi mövzularında müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi