Vasif Talıbov Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə sədr təyin edib

Vasif Talıbov Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə sədr təyin edib Naxçıvan Ali Məclisinin Sədri bu barədə müvafiq fərman imzalayıb
Maliyyə
11 Sentyabr , 2017 22:25
Vasif Talıbov Mərkəzi Bankın Naxçıvan MR İdarəsinə sədr təyin edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 11 sentyabr tarixli fərmanı ilə Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

"Report" xəbər verir ki, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elvin Malik oğlu Axundov Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilsin”.

Elvin Axundov bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi