Bakıda bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur - MONİTORİNQ

Bakıda bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur - MONİTORİNQ Müvafiq qanunvericiliyə görə, minimal alış dəyəri 1,5230 AZN/USD, maksimal satış dəyəri isə 1,5850 AZN/USD olmalıdır
Maliyyə
26 Dekabr , 2015 15:39
Bakıda bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur - MONİTORİNQ

Bakı. 26 dekabr. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə növbəti monitorinqi keçirib.

Monitorinqin nəticələrinə görə, dolların ən yaxşı alış məzənnəsi 1,57 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,560 AZN/USD olub. Lakin bəzi valyutadəyişmə məntəqələrində isə dolların satışı 1,5950 AZN/USD məzənnəsilə həyata keçirilir. 

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.

Nəzərə alsaq ki, manatın rəsmi məzənnəsi 1,5540 AZN/USD müəyyən edilib və müvafiq qanunvericiliyə görə, minimal alış dəyəri 1,5230 AZN/USD, maksimal satış dəyəri isə 1,5850 AZN/USD olmalıdır.

Müşahidələr onu göstərib ki, bu gün bir çox valyutadəyişmə məntəqələri vaxtından tez bağlanıb.

Son xəbərlər

Orphus sistemi