Yuxarı

Valyuta hərracında tələb yenidən təklifi 10 dəfə üstələyib

Lakin hərraca çıxarılan valyutanın hamısının satılmaması texniki səbəblərlə bağlıdır

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 50 mln. dollar təşkil edib. Halbuki, hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 10 dəfə çox olub və 500 mln. dolları ötüb. Lakin yekunda bunun yalnız 49,1 mln. dolları satılıb.

"Report" xəbər verir ki, hərraca çıxarılan valyutanın hamısının satılmaması texniki səbəblərdən baş verib. Çünki, kommersiya bankları nağd valyuta bazarından hazırda 1 ABŞ dollarını 1,63 manata almağa razıdırlar. Hərracda isə məzənnənin sabah, avqustun 3-nə 1,5915 AZN/USD olması ehtimal edilir.

Qeyd edək ki, bugünkü valyuta hərracında alıcı qismində 29 kommersiya bankı iştirak edib və hərraca çıxarılan valyutanın 98,2%-i və ya 49,1 mln. dollar satılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi